- Cəmiyyət

“Bayraktar Kızılelma” döyüş təyyarəsi və “Bayraktar Akıncı” PUA-sı paralel uçuş həyata keçirib

“Bayraktar Kızılelma” pilotsuz döyüş təyyarəsi ilə “Bayraktar Akıncı” pilotsuz uçuş aparatı (PUA) bir-birindən çox yaxın məsafədə uçuş həyata keçiriblər.

“Report” “Anadolu”ya istinadən xəbər verir ki, bu barədə “Baykar” şirkəti məlumat yayıb.

“Tekirdağ şəhərində yerləşən Çorlu Təlim-Uçuş Mərkəzində havaya qalxan “Bayraktar Kızılelma” “Bayraktar Akıncı” ilə paralel uçuş həyata keçirib. Bu da onların hərəkətlərini əlaqələndirmək imkanını müəyyən etməyə imkan yaradıb”, – məlumatda qeyd edilib.