- Cəmiyyət

Türkiyənin vitse-prezidenti: “Ərdoğanın səhhəti çox yaxşıdır”

“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın səhhəti çox yaxşıdır, xəstəxanaya aparılması ilə bağlı deyilənlər doğru deyil”.

“Report” “Haber Global”a istinadən xəbər verir ki, bu barədə Türkiyənin vitse-prezidenti Fuad Oktay bildirib.

“Səhhəti çox yaxşıdır, daim əlaqə saxlayırıq. Prezidentin yüngül soyuqlaması var”- Oqtay əlavə edib.

Dezinformasiyaya qarşı Mübarizə Mərkəzi isə bəzi sosial media hesablarında paylaşılan “Prezident Ərdoğanın infarkt keçirərək xəstəxanaya yerləşdirildiyi” xəbərlərin həqiqətə uyğun olmadığını bəyan edib.