- Cəmiyyət

Zelenski hər ehtimala qarşı üzərində tapança gəzdirdiyini bildirib

Ukrayna Prezidenti Vladimir Zelenski hər ehtimala qarşı üzərində tapança gəzdirir.

525.az APA-ya istinadən xəbər verir ki, Zelenski bunu telejurnalist Dmitri Komarova müsahibəsində bildirib.

“Ukrayna Prezidenti ruslara əsir düşür. Bunu təsəvvür edirsiniz? Biabırçılıqdır!”, – Zelenski deyib.

Zelenski kritik vəziyyətdə intihar etmək üçün silah lazım olacağı barədə təxminləri rədd edib və bildirib ki, silah ona atışmaq üçün lazımdır.