2021-ci ilin əvvəlindən Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan ordusu tərəfindən 44 günlük müharibə nəticəsində erməni işğalından azad olunmuş ərazilərimizdə 90-cı illərin əvvəllərinədək fəaliyyət göstərmiş kitabxanaların kitab fondlarının bərpası ilə əlaqədar Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi ilə M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının birgə keçirdiyi kitabtoplama kampaniyasına başlanılıb. Artıq bir sıra görkəmli ziyalı və təşkilat bu nəcib təşəbbüsə öz dəstəyini bildirmiş və kitablar hədiyyə etmişlər. Aprel ayının 9-da AMEA-nın müxbir üzvü Könül Bünyadzadə də bu maarifpərvər kampaniyaya qoşularaq öz şəxsi kitabxanasından M.F. Axundov adına Azərbaycan Milli Kitabxanasına 200-ə yaxın kitab bağışlayıb. Kitablar arasında həm Könül Bünyadzadənin özünün müəllifi olduğu kitablar, həm də digər müəllifərin elmi və bədii əsərləri, dərgi və toplular da yer alıb.
Ən son yazılar
Sabahın havası
21.12.2024Sosial şəbəkədə
Bölmələr:
Email: kamilinfo2021@gmail.com; eyokamil@gmail.com
Təsisçi və baş redaktor: Vasif Sadıqlı
Məsul katib: Fizzə Heydərova
Təsisçi və baş redaktor: Vasif Sadıqlı
Məsul katib: Fizzə Heydərova