- Cəmiyyət

Rusiyanın 600-ə yaxın hərbçisi zərərsizləşdirilib

Ukrayna Silahlı Qüvvələri son sutka ərzində 590 rus hərbçisini zərərsizləşdirib.

Modern.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilir ki, bununla da 2022-ci il fevralın 24-dən 2023-cü il iyunun 16-dək Ukrayna Müdafiə Qüvvələri tərəfindən zərərsizləşdirilən rus hərbçisinin sayı 218 500-ə çatıb.

Rusların digər itkiləri isə aşağıdakı kimi olub:

Tank – 3965  (+10);

Zirehli döyüş maşını – 7683 (+16);

Artilleriya sistemləri – 3812 (+19);

Zenit raketləri – 606 (+2);

Hava hücumundan müdafiə texnikası – 364 (+0);

Təyyarə – 314 (+0);

Helikopterlər – 301 (+0);

Əməliyyat və taktiki səviyyəli PUA-lar – 3357 (+24);

Qanadlı raketlər ‒ 1199 (+0);

Gəmilər/qayıqlar ‒ 18 (+0);

Avtomobil avadanlıq və tankerlər – 6519 (+13);

Xüsusi texnika – 519 (+0).