- Cəmiyyət, Manşet

F-16 qırıcıları Ukraynaya gələn ilin əvvəlində veriləcək

F-16 qırıcı təyyarələrinin Ukraynaya tədarükü 2024-cü ilin əvvəlindən başlayacaq.

“Report” xəbər verir ki, bunu ABŞ-ın “Politoco” nəşri yazıb.

Məlumata görə, qırıcıların Kiyevə çatdırılmasının dəqiq tarix hələ müzakirə olunur, lakin bəzi rəsmilər tədarükün gələn ilin ilk aylarında başlaya biləcəyinə inanırlar.

Nederland və Danimarkanın Ukraynaya F-16-lar verəcəyi gözlənilir.

Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski iyunun 21-də deyib ki, qırıcı təyyarələr qarşıdakı 5-6 ay ərzində ölkəsinə çatdırıla bilər.