- Cəmiyyət

Ukraynanın cənubunda 130 kvadrat kilometr ərazi işğaldan azad olunub

Ukraynanın cənubunda 130 kvadrat kilometr ərazi işğaldan azad olunub.

“Report” “RBK Ukraina”ya istinadən xəbər verir ki, bu barədə Ukrayna müdafiə nazirinin müavini Anna Malyar bildirib.

O, həmçinin şərq istiqamətindəki vəziyyət barədə danışıb.

Nazir müavinin sözlərinə görə, Ukrayna hərbçiləri şərqdə irəliləməyə davam edir.

A.Malyar deyib ki, Liman, Baxmut, Avdeyevka və Maryinka şəhərləri istiqamətində şiddətli döyüşlər gedir:

“Son bir həftə ərzində bu ərazilərdə 250-yə yaxın toqquşma olub”.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasındakı müharibə ötən il fevralın 24-də başlayıb.