Çin Rusiya ilə birlikdə hərbi təlimlər keçirməyi planlaşdırır.
“Report” “Gazeta.ru”ya istinadən xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilir ki, Rusiya silahlı qüvvələri Yapon dənizi sularında təşkil ediləcək “Şimal Qarşılıqlı fəaliyyət-2023” adlı hərbi təlimlərdə iştirak edəcək.
“Təlimin mövzusunun “strateji dəniz yollarının təhlükəsizliyinin təmin edilməsi” olacağı planlaşdırılır. Manevrlərin məqsədi Çin və Rusiya silahlı qüvvələri arasında strateji qarşılıqlı fəaliyyət səviyyəsini artırmaq olacaq”, – nazirliyin məlumatında deyilir.