Gecə saatlarında Rusiyanın Kursk şəhərinə pilotsuz uçuş aparatları (PUA) ilə hücum olub.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə vilayət qubernatoru Roman Starovoit məlumat yayıb.
O, hücumun Ukrayna Silahlı Qüvvələrinin həyata keçirdiyini bildirib.
Məlumata görə, 2 PUA məhv edilib.
Təfərrüat məlum deyil.