Rusiyanın paytaxtı Moskva şəhərində yerləşən Vnukovo hava limanı təyyarələrin uçuş və enişi üçün müvəqqəti bağlanıb.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Xidməti məlumat yayıb.
Rusiya KİV-in məlumatına görə, hava məkanının bağlanmasına səbəb Moskvaya doğru uçan pilotsuz uçuş aparatlarıdır.