Ukrayna Prezidenti Volodimir Zelenski bu ay Nyu-Yorka gedəcək.
“Report”un ABŞ bürosu xəbər verir ki, bunu Albaniyanın BMT-dəki daimi nümayəndəsi Fərid Xoca təşkilatın Nyu-Yorkdakı baş qərargahında sentyabr ayı ərzində BMT Təhlükəsizlik Şurasının (TŞ) gündəliyi ilə bağlı jurnalistlərin suallarını cavablandırarkən deyib.
O bildirib ki, Zelenski BMT Baş Assambleyasının yüksək səviyyəli həftəsində iştirak edəcək və BMT Baş Assambleyasında çıxış edəcək. O əlavə edib ki, Zelenskinin BMT-yə səfər proqramı dəqiqləşib. O, BMT baş katibi Antoniu Quterreşlə və bir çox ölkənin liderləri ilə görüşəcək.
Qeyd edək ki, BMT TŞ-yə sədrlik ABŞ-dən Albaniyaya keçib.