İranın Sistan və Bəlucistan əyalətinin Təftan şəhərində polis bölməsinə hücum nəticəsində 2 əməkdaş ölüb.
“Report” xəbər verir ki, bu barədə IRNA məlumat yayıb.
Bildirilib ki, öldürülənlər rəis kapitan Məhəmməd Mirşkar və çavuş Rza Fasnaqaridir.
Qeyd olunub ki, hadisəni törədən şəxslərin axtarışı aparılır.