- Cəmiyyət

Avropa Liqası: “Qarabağ”ın səfər oyunu azarkeş sayına görə son sıralardadır

UEFA Avropa Liqasında qrup mərhələsinin II turunun oyunlarını stadionlardan izləyən azarkeşlərin sayı bəlli olub.

525.az xəbər verir ki, “Qarabağ” və İsveç “Hakken”i arasında Höteborqda gerçəkləşən qarşılaşmanı tribunalarda 8124 tərəfdar izləyib.

Bu, 16 matç arasında 14-cü olub. Görüş tamaşaçı sayı baxımından cəmi iki oyunu qabaqlayıb.

Qeyd edək ki, qarşılaşma Azərbaycan çempionunun 1:0 hesablı qələbəsi ilə bitib.