Bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
“İsrail Müdafiə Ordusunun artilleriyası hazırda Livanın bir neçə dəqiqə əvvəl İsrail ərazisinə atəş açılan ərazinə zərbələr endirir”, – deyə İsrail ordusunun “X” (keçmiş “Twitter”) sosial şəbəkəsindəki səhifəsində deyilir.
İsrail Ordusu bütün ssenarilərə hazır olduğunu və Silahlı Qüvvələrin İsrail Dövlətinin sakinlərinin təhlükəsizliyini qorumağa davam edəcəyini bəyan edib.
Mənbə: TASS