- Cəmiyyət

Qəzzada məcburi köçkünlərin sayı 263 mini keçib

Qəzza zolağında məcburi köçkünlərin sayı 263 mini keçib.

525.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

“Son 24 saat ərzində Qəzza zolağında insanların kütləvi surətdə yerdəyişməsi davam edib və hazırda məcburi köçkünlərin ümumi sayı 263 934 nəfəri keçib. Bu rəqəmin artacağı gözlənilir”, – deyə məlumatda bildirilir.

Qeyd olunur ki, BMT-nin Fələstinli Qaçqınlara Yardım və Sığınacaq İşi Agentliyinin Yaxın Şərqdəki 88 məktəbində 175 486 nəfər təhsil alır.

BMT qeyd edib ki, Qəzza zolağındakı tibbi xidmətlərə görə, epidemiya başlayandan bəri ən azı 830 fələstinli ölüb, 4250 nəfər yaralanıb.