- Cəmiyyət

Livandan İsrailə yeni hücum

İsrail ordusu Livan ərazisindən sərhəd bölgəsindəki əsgərlərə qarşı tank əleyhinə yeni raket hücumu edildiyini açıqlayıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, İsrailin Livan sərhədinə yaxın ərazilərində hücum həyəcanı siqnalı verilib.

İsrail ordusu tank əleyhinə raketin atıldığı ərazini və Hizbullaha aid nöqtələri vurduğunu açıqlayıb.

Qeyd olunub ki, dünən Livan ərazisindən sərhəd bölgəsində İsrail ordusuna qarşı 5 ayrı tank əleyhinə raket hücumu həyata keçirilib. İsrail ordusu Livan ərazisindən 9 raket atıldığı üçün ölkənin şimalında hücum həyəcanı siqnalı verildiyini, ordunun hava hücumundan müdafiə sistemlərinin isə havada 5 raketi məhv etdiyini bildirib.