- Cəmiyyət, Manşet

Bu gün Füzuli Günüdür

Bu gün Füzuli Şəhəri Günüdür.

“Report”un xəbərinə görə, ilk dəfədir ki, Azərbaycanda Füzuli Şəhəri Günü qeyd olunur.

Bu əlamətdar günün təsis olunması Füzuli şəhərinin Ermənistan silahlı qüvvələrinin işğalından azad edilməsi tarixi ilə bağlıdır. Belə ki, bu gün – oktyabrın 17-də şəhərin erməni işğalçılarından təmizlənməsindən 3 il ötür.

2020-ci il oktyabrın 17-də Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqa müraciətində Füzuli şəhəri və rayonun daha 7 kəndinin işğaldan azad olunduğunu elan edib. Həmin gün Füzuli şəhəri ilə yanaşı, rayonun daha 7 yaşayış məntəqəsi – Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndləri işğalçılardan təmizlənib.

Azad olunan ərazilərə Azərbaycanın üçrəngli şanlı bayrağı sancılıb