ABŞ müdafiə naziri Lloyd Ostinlə israilli həmkarı Yoav Qallant arasında telefon danışığı olub.
“Report” xəbər verir ki, bu barədə Pentaqonun mətbuat katibi Petrik Rayder bildirib.
“İki lider <…> təhlükəsizlik sahəsində yardımın davam etdirilməsini və ABŞ-nin bu müharibəni eskalasiyasına can atan hər hansı dövlət və ya qeyri-dövlət aktorunun qarşısını almaq öhdəliyini müzakirə ediblər”, – mətbuat katibi söyləyib.
Eyni zamanda, Pentaqon rəhbəri israilli həmkarına oktyabrın 21-də Qəzza zolağına humanitar konvoyun göndərilməsində İsrailin roluna görə təşəkkürünü bildirib və mülki əhalinin qorunmasının vacibliyini vurğulayıb.