- Cəmiyyət

La Liqa: bu gün “El Klasiko” keçiriləcək

Bu gün İspaniya La Liqasında “El Klasiko” keçiriləcək.

“Report”un məlumatına görə, “Barselona” XI turda Madrid “Real”ını qəbul edəcək.

Qarşılaşma Bakı vaxtı ilə 18:15-də start götürəcək. Kataloniya təmsilçisi 24 xalla üçüncü, paytaxt klubu 25 xalla ikinci pillədə qərarlaşıb.

Meydan sahiblərində Jül Kunde, Pedri, Serxio Roberto, qonaqlarda isə Dani Sebalyos, Tibo Kurtua, Arda Gülər və Eder Militao zədə səbəbindən meydana çıxmayacaq.