- Cəmiyyət

Mahaçqalada hava limanı izdiham səbəbindən bağlanıb

Rusiyanın Dağıstan Respublikasının paytaxtı Mahaçqaladakı hava limanı izdiham səbəbindən bağlanıb.

“Report” xəbər verir ki, bu barədə “Baza” teleqram kanalı məlumat yayıb.

Məlumata görə, Nijnevartovsk və Moskvadan gələn təyyarələr hava limanına eniş edə bilmir. Aeroport rəsmiləri təyyarələri qonşu respublikaların hava limanlarına eniş üçün yönləndirməyə qərar verə bilər.