- Cəmiyyət

ABŞ-Çin danışıqlarının mövzusu məlum olub

Çin kütləvi qırğın silahlarının yayılmaması məsələsində ABŞ hakimiyyəti ilə dialoqun təşviqinə sadiqdir.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Van Venbin bildirib.

Venbin deyib ki, Çin və ABŞ geniş spektrli məsələlər üzrə dialoqu və qarşılıqlı fəaliyyəti təşviq edəcək.

Onun sözlərinə görə, müzakirə olunan mövzular arasında silahlara nəzarət və yayılmamaq sahəsində beynəlxalq müqavilələrə əməl olunması da var. Çinli diplomat qeyd edib ki, Pekin bu məsələ ilə bağlı digər ölkələrlə sıx əlaqədədir.

Məlumata görə, Vaşinqtonda keçiriləcək Çin-ABŞ məsləhətləşmələrində Birləşmiş Ştatların dövlət katibi Antoni Blinkenin silahlara nəzarət və yoxlanış üzrə köməkçisi Mallory Styuart, ÇXR tərəfdən isə XİN-in Silahlara Nəzarət Departamentinin direktoru Sun Syabao təmsil edəcək.