- Cəmiyyət, Manşet

Ukrayna Krım körpüsü ilə bağlı “sürprizlər” vəd edir

Ukrayna Təhlükəsizlik Xidmətinin (UTX) rəisi Vasili Malyuk bildirib ki, Krım körpüsü ilə bağlı çoxlu “sürprizlər” hazırlayırlar.

“Report” Ukrayna KİV-ə istinadən xəbər verir ki, bu barədə o, UTX-nin yutubda dərc olunan sənədli filmində bildirib.

Onun sözlərinə görə, UTX-nin Krım körpüsünə iki uğurlu hücumu logistik marşrutu kəsib və hazırda körpü tam işlək vəziyyətdə deyil.

V.Malyuk deyib ki, Krım körpüsünün “taleyi həll olunub”: “UTX-nin pilotsuz uçuş aparatları Rusiyanın müdafiəsinə 1 milyard dollar xərclədiyi Krım körpüsünün etibarsızlığını üzə çıxarıb”.