- Cəmiyyət

Rusiyada anomal soyuq olacaq, temperatur mənfi 50 dərəcədən aşağı düşəcək

Rusiyanın əksər ərazisini yaxın günlərdə anomal soyuq hava gözləyir, bəzi bölgələrdə şaxtalar mənfi 40-50 dərəcəyə çatacaq.

“Report”un məlumatına görə, bunu TASS-a Rusiyanın Hidrometeorologiya Mərkəzinin elmi direktoru Roman Vilfand deyib.

Onun sözlərinə görə, dekabrın 2-dən 6-dək Şimal-Qərb Federal Dairəsinin bütün rayonlarında havanın temperaturu iqlim normasından 7-14 dərəcə, bəzi yerlərdə isə 15-20 dərəcə aşağı olacaq. Krasnoyarsk, Maqadan və Xabarovsk əraziləri, Yakutiya və Çukotka ərazilərini xüsusilə soyuq hava gözləyir:

“Taymir və Evenki vilayətlərində (Krasnoyarsk diyarı – Qeyd) havanın temperaturu 35-42 dərəcə şaxta olacaq. Yakutiyada, Maqadan diyarında və Çukotkada mənfi 43-49 dərəcə, Yakutiyada – hətta bəzi yerlərdə mənfi 54 dərəcəyədək soyuq olacaq”.