- Cəmiyyət

İsrail ordusu: HƏMAS-ın 200-dən çox tərəfdarı saxlanılıb

Fələstinin HƏMAS radikal hərəkatının tərəfdarları təslim olurlar.

“Report”un məlumatına görə, bunu İsrail ordusunun rəsmi nümayəndəsi Daniel Haqari brifinqdə deyib.

Onun sözlərinə görə, son 48 saat ərzində İsrail hərbçiləri 200-dən çox insanı saxlayıb.

“Son 48 saat ərzində biz 200-dən çox şübhəlini saxladıq, onlardan onlarla adam istintaq üçün İsraildəki Kəşfiyyat Korpusunun 504-cü Bölməsinə və Baş Təhlükəsizlik Xidmətinə təhvil verildi”, – Haqari deyib.

Rəsmi bildirib ki, onların arasında HƏMAS-ın döyüş bölməsinin komandirləri, həmçinin “Nuxba” radikallarının xüsusi təyinatlıları da var.