- Cəmiyyət

İsrail Qəzzada ən azı 7 min radikalın öldürüldüyünü bildirib

İsrail hərbçiləri Qəzza zolağında keçirdiyi hərbi əməliyyatlar zamanı ən azı 7 min fələstinli radikalı məhv edib.

“Report” xəbər verir ki, bunu İsrail Milli Təhlükəsizlik Şurasının rəhbəri Tsahi Haneqbi deyib.

“Daha çox ola bilər, çünki binaların dağıntıları altında, tunellərdə və s. yerlərdə olan cəsədlərin sayını bilmirik”-deyə, o bildirib.

Şənbə günü səhər saatlarında İsrail Müdafiə Qüvvələri Qəzza zolağında əməliyyat zonasında beş İsrail əsgərinin həlak olduğunu bildirib. “i24” telekanalının hesablamalarına görə, bunları nəzərə alsaq, İsrailin Qəzzada quru əməliyyatı başlayandan bəri verdiyi itkilərin sayı, rəsmi məlumatlara görə, 97-yə çatıb.