- Cəmiyyət

Türkiyə kəşfiyyatı PKK-nın “rəhbər” şəxslərindən birini məhv edib

Türkiyə Milli İstihbarat Təşkilatı (MİT) Suriyanın Kamışlı bölgəsində yeni əməliyyat keçirib.

“Report” xəbər verir ki, bu barədə “Anadolu” məlumat yayıb.

Bildirilib ki, əməliyyat nəticəsində PKK/YPG terror təşkilatının “rəhbərlərindən” biri olan Remziye Altığ məhv edilib.

Onun terror təşkilatının maliyyə işləri ilə məşğul olduğu qeyd edilir.