- Cəmiyyət

Fransada Yeni il gecəsi 745 avtomobil yandırılıb

525.az xəbər verir ki, bu barədə Fransanın daxili işlər naziri Jerald Darmanen X sosial şəbəkə hesabında etdiyi paylaşımda bildirib.

“Ötən Yeni illə müqayisədə 10 faiz az avtomobil yandırılıb”, – deyə Darmanen bildirib.

Nazir qeyd edib ki, baş vermiş insidentlər nəticəsində 380 nəfər həbs olunub ki, ötən illə müqayisədə bu göstəricidə də 10 faiz azalma müşahidə edilib.

Daxili işlər naziri Yeni il gecəsi 2 turistin yaralandığını vurğulayıb: “Onlara hücum edən 1997-ci il təvəllüdlü, psixi problemləri olan Fransa vətəndaşıdır. Həmçinin 40 polis yüngül xəsarət alıb”.