- Cəmiyyət

Rusiyanın Samara vilayətində bazar yanır

Rusiyanın Samara vilayətində bazar yanır.

APA-nın Rusiya bürosu xəbər verir ki, Kirov bazarında başlayan yanğının sahəsi 1000 kvadrat metri keçib.

Hadisə yerinə yanğın qatarının göndərildiyi bildirilib. Yanğınla 80 yanğınsöndürən və 22 texnika mübarizə aparır.

Qeyd edək ki, Rusiyada son zamanlar bazar və anbarlarda genişmiqyaslı yanğınların baş verməsi mütəmadi hal alıb. Bir neçə gün bundan qabaq Çelyabinsk vilayətində iri tikinti bazarı yanmışdı.