- Cəmiyyət, Manşet

ABŞ-ın Yaxın Şərqdəki bazasına dron hücumu: 3 ölü, 34 yaralı

ABŞ-ın Yaxın Şərqdəki hərbi bazalarından birinə hücum nəticəsində yaralanların sayı artıb.

APA xəbər verir ki, bu barədə “Al Jazeera” telekanalı məlumat yayıb.

İordaniyada ABŞ hərbçilərinə hücum olunmayıb.

APA xəbər verir ki, İordaniya hökumətinin sözçüsü, rabitə naziri Muhannad əl-Mubadin ABŞ Prezidenti Co Baydenin Amerika qüvvələrinə hücum edildiyi barədə bəyanatını təkzib edib.

“Hücuma məruz qalan Amerika hərbi bazası İordaniya sərhədlərindən kənarda yerləşir. Suriyanın Əl-Tanf şəhərində İordaniya ilə sərhəd yaxınlığında yerləşən ABŞ bazası hücuma məruz qalıb”, – deyə qeyd olunub.

Bundan əvvəl CNN xəbər verib ki, İordaniyada yerləşən ABŞ-nin hərbi bazasına pilotsuz uçuş aparatı (PUA) ilə hücum olub. Nəticədə 3 əsgər ölüb, 25-dən çoxu yaralanıb.

Daha sonra ABŞ Prezidenti Co Bayden İordaniyada öldürülən ABŞ hərbçiləri ilə bağlı İranın dəstəklədiyi qrupları günahlandırıb.

***

Saat 20:36

İordaniyanın şimalında ABŞ-nin hərbi bazasına pilotsuz uçuş aparatı (PUA) ilə hücum olub.

APA xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Hadisə zamanı üç amerikalı hərbçi ölüb, 20-yə yaxın yaralının olduğu deyilir.

Baza Suriya ilə sərhəd yaxınlığında yerləşir.