- Cəmiyyət

2024-cü ilin ilk ayında dünyada ən çox qol vuran futbolçular açıqlanıb

2024-cü ilin ilk ayında 3 futbolçu dünyada hamıdan çox qol vurub.

“Report”un Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) rəsmi saytına istinadən məlumatına görə, bunlar Kilian Mbappe, Evanilson və Samuel Pançottidir.

Adıçəkilən oyunçuların hər biri yanvarda hesabına 7 qol yazdırıb. Çıxış etdiyi liqanın reytinqinə görə, Mbappe birinci pillədə yer alıb.

Azərbaycanda çıxış edən futbolçulardan heç biri siyahıya düşə bilməyib. Premyer Liqa iştirakçıları arasında yanvarda ən çox qola “Qarabağ”ın yarımmüdafiəçisi Abdullah Zubir imza atıb. Fransalı ölkə çempionatı və kubokunun hərəsində 2 olmaqla, ümumilikdə 4 qol vurub.

Futbolçu Ölkəsi Klubu Qol
1 Kilian Mbappe Fransa PSJ 7
2 Evanilson Braziliya “Portu” (Portuqaliya) 7
3 Samuel Pançotti San Marino “Folqore” 7
4 Aymen Hussein İraq “Əl Caviya” 6
5 Duşan Vlahoviç Serbiya “Yuventus” (İtaliya) 6
6 Vissam Ben Yedder Fransa “Monako” 6
7 Viktor Qyökeres İsveç “Sportinq” (Portuqaliya) 6
8 Luuk de Yonq Niderland PSV 6
9 İqor Tyaqo Braziliya “Brügge” (Belçika) 6
10 Cengiz Ündər Türkiyə “Fənərbağça” 6
11 Rey Manaj Albaniya “Sivasspor” (Türkiyə) 6
12 Mişi Batşuayi Belçika “Fənərbağça” (Türkiyə) 6
13 Qonzalo Mastriani Uruqvay “Amerika Mineyro” (Braziliya) 6
14 Aleks Ambrozini İtaliya “La Fiorita” (San Marino) 6
15 Lukas Silva Braziliya “Vofoo Tai Po” (Honkonq) 6
16 Yussef Ezzejjari İspaniya “Visaka” (Kamboca) 6