- Cəmiyyət

Geomaqnit qasırğası gözlənilir

Bu gün geomaqnit qasırğası gözlənilir.

Bu barədə APA-ya BDU-nun Astrofizika kafedrasından bildirilib.

Qeyd edilib ki, fevralın 1-də baş vermiş tac kütlə atılması və tac dəliklərindən çıxan müsbət qütblü, yüksək sürətli zərrəciklər selinin qarşılıqlı təsiri səbəbindən fevralın 5-də G1 (minor-mülayim) səviyyəli geomaqnit qasırğası gözlənilir.

Vurğulanıb ki, fevralın 6-da geomaqnit sahə qeyri-stabil, fevralın 7-dən etibarən sakit olacaq.