Bu gecə Rusiyanın Krasnodar diyarında İlski neft emalı zavodunun ərazisində güclü yanğın olub.
“Report” xəbər verir ki, bu barədə Ukrayna KİV-i məlumat yayıb.
Bildirilib ki, ərazidə partlayış səsləri eşidilib.
Zavod ərazisinə pilotsuz uçuş aparatları (PUA) ilə hücum edildiyi ehtimal edilir.
Hadisə barədə hələ ki rəsmi məlumat yoxdur.