- Cəmiyyət, Manşet

ABŞ Ukraynaya Krıma daha effektiv zərbələr endirmək üçün yeni raketlər verəcək

ABŞ Ukraynaya Krıma daha effektiv zərbələr endirmək üçün yeni raketlər verəcək.

“Report” “NBC News”a istinadən xəbər verir ki, ABŞ Prezidenti Cozef Bayden administrasiyası bunun üçün çalışır:

“Keçən ilin sonlarında ABŞ Ukraynanı ATACMS raketləri ilə təmin etməyə başladı. Amma bunlar köhnə idi. ABŞ indi raketin yeni, daha uzunmənzilli versiyasını göndərməyə çalışır. Bu, Ukraynaya Rusiyanın nəzarətində olan Krım yarımadasından daha çox zərbə endirməyə imkan verəcək”.

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) isə bildirib ki, ölkənin məhdud sayda ATACMS raketi var: “ABŞ-nin ehtiyatını artırmaq üçün pul olmadan onları Ukraynaya göndərmək mümkün deyil”.

Eyni zamanda iki ABŞ rəsmisi bildirib ki, Konqres Ukrayna üçün maliyyələşdirmənin artırılmasını təsdiqləsə, ABŞ ilk hərbi yardım paketlərindən birinə uzunmənzilli ATACMS sistemlərini daxil edə bilər.

Rəsmilər ABŞ-nin müttəfiqlərindən Ukraynanı raketlərlə təmin etməyi və ATACMS təchizatını artırmağı istəyəcəyini istisna etməyib.

Nəşr xatırladır ki, Bayden administrasiyası son iki ildə Ukraynaya uzaqmənzilli raketlər göndərməkdən imtina edib. Belə ki, rəsmilər Ukrayna Silahlı Qüvvələrinin onlardan Krıma və ya Rusiyaya zərbələr endirmək üçün istifadə edə, bununla da münaqişəni gərginləşdirə biləcəyindən ehtiyat edirdilər. Ancaq indi onların fikri dəyişib.