UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin növbəti oyunları keçirilib.
“Report”un məlumatına görə, İtaliyanın “İnter” komandası öz meydanında İspaniya “Atletiko”sunu qəbul edib.
Qarşılaşma İtaliya təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Digər oyunda isə Niderlandın PSV komandası doğma meydanda Almaniya təmsilçisi “Borussiya” (Dortmund) ilə üz-üzə gəlib. Oyun heç-heçə başa çatıb – 1:1.
Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunları fevralın 22-də başa çatacaq.