- Cəmiyyət

Türkiyə ABŞ-a “Aksunqur” PUA-larının satışını təklif edib

Türkiyə ABŞ-yə “Aksunqur” pilotsuz uçuş aparatlarının (PUA) satışını təklif edib.

“Report” xəbər verir ki, bu barədə Türkiyənin TUSAŞ silah sənayesi şirkətinin baş katibi Mehmet Demiroğlu “CNN Türk”ə müsahibəsində deyib.

O bildirib ki, bu məsələ ilə bağlı ABŞ firması ilə müzakirələr aparılıb: “Dedik ki, Meksika sərhədində işləriniz var. Sizə “Aksunqur” verək”.

M.Demiroğlu qeyd edib ki, Türkiyə Avropa və ABŞ-yə silah sata biləcək potensiala malikdir.