- Cəmiyyət

Bayden Ukraynaya 375 milyon dollarlıq yeni hərbi yardım paketini açıqlayıb

ABŞ Prezidenti Co Bayden Ukraynaya 375 milyon dollarlıq yeni hərbi yardım paketini açıqlayıb.

APA xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

Yeni paketə kaset bombaları, HIMARS reaktiv yaylım atəş sistemləri və artilleriya üçün döyüş sursatı, o cümlədən Javelin raketləri daxil edilib.