- Cəmiyyət

İsrail İranın Nevatim və Tel Nofdakı bazaları vurduğunu təsdiqləyib

İsrail İranın bir neçə gün öncə baş tutan raket hücumu zamanı Nevatim və Tel Nofdakı bazaları vurduğunu təsdiqləyib.

APA xəbər verir ki, bu barədə İsrail ordusunun sözçüsü Daniel Haqari məlumat yayıb.
Onun sözlərinə görə, İsrailin hər hansı təyyarəsi vurulmayıb, hava qüvvələrinin imkanlarına heç bir ziyan dəyməyib.