- Cəmiyyət

İsrail Hərbi Hava Qüvvələri Beyrutun cənubuna zərbələr endirib

İsrail Hərbi Hava Qüvvələri Livanın paytaxtı Beyrutun cənubuna yenidən zərbələr endirib.

“Report” xəbər verir ki, bu barədə LBCI telekanalı məlumat yayıb.

Zərbələr əsasən Dahiya bölgəsinə daxil olan Hadat bələdiyyəsinə endirilib.

Livan Səhiyyə Nazirliyinin məlumatına görə, bu zərbələr nəticəsində 11 nəfər yaralanıb.

Dahiya bölgəsi “Hizbullah”ın əsas istinadgahı hesab olunur.