Pentaqon prezident Co Baydenin administrasiyası vəzifədən getməzdən əvvəl Kiyevə silah tədarükünü sürətləndirmək üçün bütün səylərini davam etdirəcək.
APA xəbər verir ki, bu barədə Pentaqonun sözçüsü Patrik Rayder bildirib.
“Biz Ağ Evdən Ukraynaya təhlükəsizlik yardımını sürətləndirmək və əlimizdə olan səlahiyyətlərdən istifadə etmək üçün hər cür səy göstərmək barədə göstəriş almışıq. Biz məhz belə edirik”, – Rayder qeyd edib.