Moskvada Yeni il şənlikləri zamanı atəşfəşanlıq planlaşdırılmır.
APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Moskva meri Sergey Sobyanin bildirib.
Qeyd edək ki, 2022 və 2023-cü illərdə müharibə səbəbi ilə Moskvada Yeni il atəşfəşanlığı təşkil edilməyib.
Sobyanin 2022-ci ilin noyabrında izah edib ki, “Aktiv vətəndaş” saytında sorğuda iştirak edən Moskva sakinləri atəşfəşanlıq və küçə konsertlərinə qarşı çıxış ediblər.