ABŞ ordusu Suriyada 75-dən çox hədəfə, o cümlədən İŞİD terrorçularının yerləşdiyi düşərgələrə onlarla hava zərbəsi endirib.
“Report” xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) “X” sosial şəbəkəsində məlumat yayıb.
Hava hücumu dekabrın 8-də həyata keçirilib.
Əməliyyatda B-52 strateji bombardmançı, F-15 qırıcıları və A-10 hücum təyyarələri iştirak edib.