Qazaxlarda yeni doğulmuş körpə üçün ad seçimi həmişə çox ciddi qəbul edilib. Ənənəvi olaraq, adı baba və ya hörmətli bir şəxs verirdi.
Keçmişdə uşaqlara adlar bir çox hallarda fiziki xüsusiyyətlərinə görə verilib:
*Anadangəlmə xalı olan uşaqlara Kaldıbay, Mendıbay, Mendigül, Mendikul, Anarbay, Anar;
*Birləşmiş barmaqları olanlara Kosbarmak, Köseken, Artık, Artıkbay, Artıqalı;
*Gözlərin, saçın, dərinin rənginə görə Karaköz, Kökköz, Qaraşaş, Sarı, Appak, Akböpe, Karabala;
*Burnu iri olanlara Murınbay, burnu dikı olanlara Tankıbay, Tankay adı qoyulurdu.
*Nadir hallarda uşaqlara xurafi adlar verilirdi. Uşaqların tez-tez öldüyü ailədə yeni doğulan uşağa Toktar, Tursın, Tursınkul, Jursin, Olmes adı verilib.
*Ailədə yalnız qızlar doğulanda belə adlar verilirdi: Ülbala, Ultay, Ultuqan, Uljan, Ulbolsın.
*Vaxtından əvvəl doğulan körpələrə Şalabek, Şalabay, Leker, Jartıqul adları qoyulub;
*Şər ruhlar uşağı sezməsin və aparmasın deyə cəlbedici olmayan adlar verirdilər: Jamankul, Itjemes, Şokpyt, Eleusiz, Kotibar, Tezekbay, Şulqaubay.
* Bəzi adlar uşağın doğulduğu vaxtla bağlı olub: Ayjarık, Tanatar, Jumabike, Beisenbay, Duysenkul, Bazarbay, Kauys, Şildebay, Mamırkul, Aitkul, Ramazan.
*Anadan olduğu yerlə bağlı adlar: Bulakbəy (bulaq), Kolbəy (göl);
* Bəzi adlar körpənin doğulduğu gündə baş verən hadisələrlə bağlı olub: Bigeldi, Jauqaştı, Uderbay (uder – gözlənilməz köç), Amanjol, Baykoşken, Janbırbay, Daulbay.
*Uşaqlara yerləşdikləri yerlərə görə ad vermək səciyyəvi idi: Edilbəy, Jaylaukul, Adırbay, Taubay, Altay, Uşkempir (quyunun adını daşıyır), Meşitbəy.
* Uzun ömür arzusu ilə verilən adlar: Umirzak, Mınjasar, Bekjan, Yesenaman, Munaitpas.
*Güc və qüdrət arzusu ilə verilən adlar: Yerbol, Batırjan, İtelgi, Jolbarıs, Koşkar, Narbay, Tulpar, Temirbek, Naizabek, Semser, Şokpar, Baltabek.
* Övladın varlı olması arzusu Taybaqar, Ayranbay, Jılkaydar, Bayjigit);
* Ağıllı, istedadlı olması arzusu Akıljan, Danışpan, Kuke, Önərbay, Kalambay;
*Alicənablıq, zadəganlıq təmənnası Mırzəbəy, Faiz, Comərt, İsmət kimi adlarda əksini tapıb.
*İslam dini yayılandan sonra Rəhman, Rəhim, Abdullah, Əli, Əbubəkir, Məhəmməd, Xədicə, Fatimə, Aişə, Yasin, Ayət kimi adlar yayılmağa başlayıb.
*Sovet dövründə qazax adlarının siyahısı genişlənib: Kenes, Sailaukul, Sovetbek, Kosmos, Traktor, Mira. Telman, Marat, Mels, Klara, İnessa, İndira, Ernest.
* Daha sonra Qərbi Avropa mənşəli adlar geniş yayılıb: Robert, Rudolf, Aelita, Luiza, Dina, Diana və s.
e-history kz saytının materiallaı əsasında hazırladı Kim BİLİR