İran səfirliyinin müvəqqəti işlər vəkili Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb.
APA-nın İstanbul müxbiri xəbər verir ki, bu barədə Türkiyə XİN-in sözçüsü Öncü Keçeli bildirib.
Qeyd edək ki, daha əvvəl Türkiyə XİN rəhbəri Hakan Fidan İranın Suriyada qeyri-sabitlik yaratmaq cəhdləri və PKK/YPG-yə dəstəyindən imtina etməyə çağırıb. Bu açıqlamadan sonra Türkiyənin İrandaki səfiri Xarici İşlər Nazirliyinə çağırılıb.