ABŞ Ordusu Yəmənin paytaxtı Sənada “Ənsar Allah” hərəkatının nəzarəti altında olan obyektlərə silsilə zərbələr endirib.
“Report” xəbər verir ki, bu barədə üsyançılara məxsus “Al Masirah” telekanalı məlumat yayıb.
Qeyd olunur ki, ABŞ hərbçiləri husilərin Əs-Saura bölgəsinə havadan hücumlar edib.
Hücumlar obyektlərin birində yanğına səbəb olub və yaxınlıqdakı tikililərə də ziyan dəyib. Hadisə yerində xilasetmə qrupları işləyir.
Ölən və yaralananlar barədə məlumat verilmir.
Daha əvvəl telekanal ABŞ Yəmənin şimal-qərbində “Ənsar Allah” liderlərinin gizləndiyi Səada əyalətinə zərbələr endirib.