ABŞ-nin “Ənsar Allah” hərəkatının husi üsyançılarının nəzarətində olan Yəmənin paytaxtı Sənaya endirdiyi zərbələr nəticəsində azı 3 mülki şəxs ölüb, daha 6 nəfər yaralanıb.
“Report” xəbər verir ki, bu barədə üsyançıların Səhiyyə Nazirliyinin nümayəndəsi Anis əl-Əsbahi “X” sosial şəbəkəsindəki səhifəsində yazıb.
“İlkin məlumatlara görə, ABŞ-nin Şaab əl-Həfa bölgəsində bir evə bir neçə zərbə endirməsi nəticəsində 3 mülki şəxs həlak olub, 6-sı yaralanıb”, – paylaşımda bildirilir.