Bu gün UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin ilk matçları keçiriiləcək
“Report” xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutacaq.
“Real” səfərdə “Arsenal”ın qonağı olacaq. “Bavriya” isə doğma meydanda “İnter”lə üz-üzə gələcək.
UEFA Çempionlar Liqası
1/4 final, ilk oyunlar
8 aprel
23:00. “Arsenal” (İngiltərə) – “Real” (İspaniya)
23:00. “Bavariya” (Almaniya) – “İnter” (İtaliya)
Qeyd edək ki, 1/4 final mərhələsində daha iki oyun sabah olacaq.