UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin ilk oyunları olub.
İlk oyun günündə 2 matç keçirilib. İspaniyanın “Real” klubu Londonda “Arsenal”la oynayıb. “Topçular” rəqibini 3 cavabsız qolla məğlub etməyi bacarıb – 3:0.
Digər görüşdə isə “Bavariya” və “İnter” komandaları üz-üzə gəlib. Gərgin keçən qarşılaşmada sevinən tərəf qonaqlar olub. Görüş “İnter”in 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.