- Köşə

Vüsalə MƏMMƏDLİ. Daha neçə ilimiz qalıb?!

Dünən Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi buraxılış imtahanlarının nəticələri elan edildi. Məlum oldu ki, Azərbaycan bölməsinin 23  abituriyenti mümkün 300 balı toplayaraq  rekord nəticə göstərib.Nəzərinizə çatdırım ki, keçən il 39 şagirdimiz 100 faiz nəticə göstərmişdir.

Məlumunuz olsun ki, 2024-2025-ci tədris ili üzrə Azərbaycanda ümumitəhsil müəssisələrində 1 619 335 şagird təhsil alır. Cari tədris ilində 160 min şagirdin rus dilində təhsil aldığı bildirilir. Bu, o deməkdir ki, rus bölmələrində təhsil alan şagirdlər cəmi şagirdlərin sayındakı payın 9,8 faizini təşkil edir.Hazırda  dövlətimizin müxtəlif bölgələrində 324 məktəbdə rus dili tədris dilidir.

Statistikanı nəzərə alsaq, rus bölməsini bitirən 1-3 abituriyent mümkün balı toplamalı idi .Hələ rusdillilərin yüksək “intellek” , “məntiq” və “xüsusi ” bacarıqlara sahib olduqlarını nəzərə almırıq. Bəs , niyə 1 şagird belə yüksək nəticə göstərə bilmədi?

Aşağıdakı statistikanı izləyəndə az da olsa, umidlənirsən.

2017-ci il: Bakı şəhəri üzrə Təhsil İdarəsinin məlumatına görə, həmin il paytaxt məktəblərində təhsil alan şagirdlərin 17%-i rus bölməsində oxuyurdu.

– 2018-2019-cu tədris ili: Bu dövrdə respublikanın ümumtəhsil məktəblərinin I siniflərinə qəbul olunan 165780 şagirddən 9%-i (təxminən 15,032 nəfər-red.) rus bölməsində təhsil almaq üçün müraciət etmişdi.

– 2021-2022-ci tədris ili: Ölkə üzrə ümumtəhsil müəssisələrinin rus bölməsində təhsil alan şagirdlərin sayı 156 000-dən çox idi ki, bu da ümumi şagird sayının təxminən 10%-ni təşkil edirdi.

– 2022-2023-cü tədris ili: Rus bölməsinə birinci sinfə qəbul olunan şagirdlərin sayı 14989 nəfər olub.

– 2023-2024-cü tədris ili: Bu rəqəm 11,943 nəfərə düşüb, yəni əvvəlki illə müqayisədə təxminən 25% azalma müşahidə edilib.

Milli özünüdərk, milli şüurun formalaşması üçün daha neçə ilimiz qalıb?!