- Cəmiyyət

Çempionlar Liqası: “Barselona” və PSJ yarımfinalda

UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab görüşləri başlayıb.

“Report” xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma olub.

İspaniyanın “Barselona” komandası Almaniyada “Borussiya Dortmund”un, Fransanın PSJ klubu isə İngiltərədə “Aston Villa”nın qonağı olub.

“Barselona” və PSJ cavab görüşlərində məğlub olsalar da, ilk oyundakı nəticələrə əsasən, yarımfinala yüksəlib.

UEFA Çempionlar Liqası

1/4 final, cavab oyunları

“Borussiya Dortmund” (Almaniya) – “Barselona” (İspaniya) 3:1

İlk oyun – 0:4.

“Aston Villa” (İngiltərə) – PSJ (Fransa)  3:2

İlk oyun – 1:3.

Qeyd edək ki, bu raundun digər cavab matçları aprelin 16-da keçiriləcək.