2025/2026 mövsümü üçün İngiltərə Premyer Liqasına yüksələn iki komanda bəlli olub.
“Report” xəbər verir ki, Çempionşipdə cari mövsümün başa çatmasına iki tur qalmış xallarının sayını 94-ə çatdıran “Börnli” və “Lids” kollektivləri bu hüquqa yiyələniblər.
44-cü turda “Bernli” “Şeffild” komandasını (2:1), “Lids” isə “Stok Siti” klubunu (6:0) məğlub edib.
Qeyd edək ki, bu mövsüm Premyer Liqada zəif çıxış edən “Sauthempton” və “Lester” kollektivlərinin Çempionşipə düşəcəkləri dəqiqləşib.